Əbülfəs Qarayev: "Yay mövsümü yaxşı keçdi"
26 sentyabr 2014 13:41 (UTC +04:00)

Əbülfəs Qarayev: "Yay mövsümü yaxşı keçdi"

Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə Bakıda Ümümdünya Turizm Gününə həsr olunmuş konfrans keçirilib. Lent.az-ın məlumatına görə, konfransda aidiyyəti dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun və səfirliklərin nümayəndələri iştirak ediblər. 

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, 1980-ci ildən bəri hər il dünyada 27 sentyabr  Ümumdünya Turizm Günü kimi qeyd edilir: “Ənənəmizə sadiq qalaraq biz də hər il sentyabr ayında konfrans keçirərək görülən işlər haqqında hesabat verir, yeni layihələr təqdim edirik. Bu il bizim üçün çox işgüzar il oldu. Bu il Azərbaycan ilk dəfə olaraq Ümumdünya Turizm Təşkilatının İcra komitəsinin üzvlüyünə daxil olaraq komissiyanın iclasının Bakıda keçirilməsinə müvəffəq oldu”.

 

 

Azərbaycanda turist şirkətlərinin, otellərin sayının artmaqda olduğunu vurğulayan nazir bu ilin yay mövsümünün yaxşı keçdiyini qeyd edib: “35 min yataq yeri olan potensialımız mövcuddur. Otellərin lisenziyalaşma prosesi artıq internet vasitəsi ilə aparılır. Yay mövsümünün yekunları bizi qane etdi. Bu il heç bir müəssisədə fövqəladə hadisələr olmadı. Monitorinqlər keçirərək keyfiyyətin artırılmasına nail olduq. Bəzən də qətiyyətli addımlar ataraq bizim tövsiyələrimizi yerinə yetirməyən otellərin lisenziyasını dayandırmışıq. Bu il qiymətlərin artımı olmadı.  Azərbaycanın müxtəlif bölgələrində 2, 3 ulduzlu otellərin fəaliyyətinə uyğun olaraq qiymət və xidmət tarazlaşdırılması aparıldı. Əsas məqsədimiz Ümumdünya Turizm Təşkilatının İcrayə Komitəsinin İclasında Azərbaycanı mövqeyinin gücləndirilməsi üçün müvafiq qərarların qəbul olunması üçün iş aparmaqdır. Azərbaycanın daha geniş şəkildə bu layihələrdə iştirakını təmin etməliyik. Dünya turizm bazarında Azərbaycan balaca da olsa, öz yerini tutmaqdadır”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar