Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Bakıya gəlmiş fransalı deputatlarla görüşüb. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazir görüş zamanı Azərbaycanla Fransanın müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini, o cümlədən mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar olduğunu deyib.
Son illər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin genişləndiyini diqqətə çatdıran Əbülfəs Qarayev bu münasibətlərin inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb.
Turizm sahəsində əlaqələrdən danışan nazir qeyd edib ki, Azərbaycan Fransadan daha çox turist qəbul etməkdə maraqlıdır: "Hesab edirəm ki, Azərbaycan Fransadan olan turistlər üçün cəlbedicidir. Bunun üçün biz hər cür əməkdaşlığa hazırıq".
Nazirin sözlərinə görə, iki ölkə həm turizm, həm də mədəniyyət sahəsində maraqlı layihələr icra edə bilərlər.
Qeyd olunub ki, Azərbaycan şirkətləri Fransada, Fransa şirkətləri isə Azərbaycanda keçirilən turizm sərgilərində fəal iştirak edirlər. Ötən il Fransanın aparıcı turizm şirkətləri və KİV nümayəndələri üçün Azərbaycana infotur təşkil olunub.

Əbülfəs Qarayev: “... hər cür əməkdaşlığa hazırıq”
Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11