Dubayda azərbaycanlı rəssamın sərgisi açılır
31 avqust 2014 05:07 (UTC +04:00)

Dubayda azərbaycanlı rəssamın sərgisi açılır

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, multimedia rəssamı Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır. Bundan istifadə edərək Faiq Əhməd xalçaların məşhur dizaynını müasir əsərlərə çevirir.

 

Gənc rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu, 52-ci Venesiya Biennalesinin, Parisdə, Londonda, Berlində, Moskvada, Dubayda keçirilən beynəlxalq sərgi və festivalların iştirakçısıdır. Faiq Əhmədin işləri incəsənət tənqidçilərinin rəğbətini qazanıb, onun xalçalarından biri bu yaxınlarda Londonda “Sothebys” hərracına çıxarılıb.

 

Rəssam Viktoriya və Albert muzeyinin “Jameel Prize” mükafatına nominantıdır. Mükafat Viktoriya və Albert muzeyi tərəfindən müsəlman ənənəsində çalışan rəssam və dizaynerlərə təqdim edilir. Cari ilin sonunda muzeydə “Jameel Prize” mükafatının qalibinin elan olunacağı sərgi açılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737
avatar

Oxşar yazılar