Dövlət müşaviri alimlərlə görüşdü
18 mart 2015 15:53 (UTC +04:00)

Dövlət müşaviri alimlərlə görüşdü

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik şurasının sədri Kamal Abdulla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində  alimlərlə  görüş keçirib.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi tarixinin araşdırılması müzakirə edilib. Müzakirə zamanı alimlərin apardığı araşdırmaların, aşkarladıqları faktların tədbirlərdə və nəşrlərdə əksini tapması zərurəti vurğulanıb.


Tədbirdə ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin tarixi mərhələləri barədə də müzakirələr olub. Tariximizdə çox böyük  iz qoyan Türkmənçay müqaviləsindən sonra Çar  Rusiyasının  bölgədə öz mövqelərini möhkəmləndirmək naminə  erməniləri Azərbaycanın tarixi torpaqlarına köçürməsi siyasəti ətrafında fikir mübadiləsi aparılıb. Ağdərə rayonunda ermənilərin Marağa kəndinə köçürülməsi ilə bağlı vaxtilə Dağlıq Qarabağ ərazisində mövcud olmuş “Marağa-150” abidəsi bunu sübut edən əsaslı dəlillərdən biridir. Görüşdə bu abidənin işıq tutduğu tarixi gerçəkliklər, eləcə də ermənilərin ərazilərimizə köçürülməsinin digər faktları ətrafında dəyirmi masanın keçirilməsi qərara alınıb.

 

Müzakirələrin sonunda  mövzu haqqında təkliflərin sistemləşdirilməsi və müvafiq tədbirlərin  həyata keçirilməsi məqsədi ilə tarixçi alimlərdən ibarət təşkilat komitəsi yaradılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar