Cavad Mircavadovun əsəri məhşur “Sotbis” hərracında
22 noyabr 2013 22:36 (UTC +04:00)

Cavad Mircavadovun əsəri məhşur “Sotbis” hərracında

Görkəmli Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi Cavad Mircavadovun “Şərq miniatürləri improvizasiyası” silsiləsindən “Məkkəyə səyahət” adlı əsəri məhşur “Sotbis” Hərracına çıxarılıb.

 

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə hərracın rəsmi internet saytında yazılıb. Hərrac noyabrın 25-də keçiriləcək. Əsərin qiyməti 80-112 min ABŞ dolları məbləğində müəyyən edilib. 1985-86-cı illərə aid əsər skandinaviyalı kolleksiyaçısının şəxsi kolleksiyasından seçilib.

 

 

Qeyd edək ki, C. Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. 1949 - 54-cü illərdə Leninqradda (indiki Sankt-Peterburq) yaşamış, Dövlət Ermitajında fəhlə kimi çalışıb.

 

1954-cü ildə Leninqraddan Bakıya qayıdaraq 10 il ərzində öz təcrübələrində təsviri sənət üçün ənənəvi olmayan materiallardan – metal, daş, qum, bitum, qatran və sementdən istifadə etməyə başlayıb. 1992-ci ildə o Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1355

Oxşar yazılar