Bu kino ki var...
02 avqust 2013 14:41 (UTC +04:00)

Bu kino ki var...

Milli Kinomuzun yaranmasından 115 il ötür

 

 Lent. az-ın məlumatına görə, kino sənətimizin tarixi 1898-ci il iyunun 21-dən başlayır. 13 il bundan öncə, mərhum prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilib.  Həmin vaxt  "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi"  "İlişdin" və başqa süjetlər çəkilmişdi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradıldı.Cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkdilər.

 

Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134
avatar

Yalçın UĞUR

Oxşar yazılar