<b>Bryus Uillis yenə evlənib və keçmiş arvadını toya çağırıb</b>
25 mart 2019 15:22 (UTC +04:00)

Bryus Uillis yenə evlənib və keçmiş arvadını toya çağırıb

Məşhur aktyor Bryus Uillis və onun xanımı Emma Hemminq evliliklərinin 10 illiyini qeyd ediblər.  64 yaşlı aktyor və 40 yaşı model evlilik ildönümlərini qeyd etmək üçün yeni kəbin mərasimi qurublar. Yenidən 10 il əvvəl olduğu kimi bir-birilərinə sadiq olacaqlarına və həmişə sevəcəklərinə and içiblər. Romantik mərasim Uillisin Kaykosdakı sahil  malikanəsində  təşkil edilib.

 

Mərasimdə aktyorun çoxsaylı ailə üzvlərinin hamısı iştirak edib, hətta keçmiş xanımı Demi Mur da gəlib. Onlar ayrıldıqdan sonra dost münasibəti saxlayırlar. 56 yaşlı Demi Mur onun 10 il əvvəlki toyunda da iştirak edib.

Bryus Uillisin Emmadan olan qızları 4 yaşlı Evelin və 6 yaşlı Meybl romantik gecədə çiçəkləri daşıyıblar, Demi Murdan olan 30 yaşlı Rumer, 27 yaşlı Skaut, 25 yaşında Talulla isə mərasimə kəbində şahid olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1201
avatar

Oxşar yazılar