Böyük Teatrın solistləri Bakıda çıxış edəcəklər
07 may 2014 15:28 (UTC +04:00)

Böyük Teatrın solistləri Bakıda çıxış edəcəklər

Mayın 17-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiya Dövlət Akademik Böyük Teatrının solistləri – Azərbaycanın əməkdar artisti Çinara Əlizadə və Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı  Kərim Abdullinin iştirakı A. Adanın “Jizel” baletinin tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətinin rəhbəri İradə Karaçayevanın Lent.az-a verdiyi məlumata görə, yaradıcılığı Bakı tamaşaçılarına yaxşı məlum olan moskvalı həmyerlimiz, balet artistlərinin beynəlxalq müsabiqəsinin laureatı Ç. Əlizadə növbəti dəfə onu sevənlər qarşısında çıxış etmək üçün şəhərimizə gəlir.

Opera və Balet Teatrının rəhbərliyi Çinara Əlizadə ilə sıx yaradıcılıq əlaqələri saxlayır və onu hər il Bakıda çıxış etmək üçün qastrola dəvət edir.  Onun “Qu gölü”, “Don Kixot”, “Jizel” kimi klassik balet tamaşalarında yüksək professionallıqla ifa etdiyi aparıcı partiyalar baletsevərlər və teatr tənqidçiləri tərəfindən çox sevilir və hər zaman yüksək qiymətləndirilir.

 

Qeyd edək ki, Ç. Əlizadə Böyük Teatrın tarixində onun balet truppasında çıxış edən ilk azərbaycanlıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar