Binəqədidə “Kitab həftəsi” keçirilir. Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, rayon ərazisinə Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının layihəsi olan “Gəzən kitabxana” gətirilib. Kitabxana 10 gün kitabsevərlərə xidmət göstərəcək. Səyyar kitabxanada 4 dildə (azərbaycan, rus, ingilis və türk) 5000 çap və 10000 ədəd elektron kitab var.
Bundan əlavə, endirimli qiymətlərlə kitab yarmarkası da təşkil edilib. Yarmarkada minlərlə müxtəlif çeşidli bədii, metodik, elmi, uşaq və xarici ədəbiyyat nümunələri var. Qeyd edək ki,hər iki tədbir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.Tədbir ayın 25-əcən davam edəcək.