Opera və Balet Teatrının artisti Ayan Eyvazova Almaniyada keçirilən “TANZOLYMP” beynəlxalq müsabiqəsinin laureatı olub. Teatrdan Lent.az-a verilən məlumata görə, 19 yaşlı Ayan bu müsabiqədə Azərbaycanı təmsil edərək klassik rəqs nominasiyası üzrə qalib olub və bürünc medal qazanıb.
Fevral 17-21-dək Berlində keçirilən müsabiqədə bir sıra ölkələrdən – ABŞ, Yaponiya, Rusiya, Belorus, İtaliya, İspaniya, Almaniya və s. nümayəndələr iştirak edib. Müsabiqənin münsiflər heyətində bir sıra dünya şöhrətli balet mütəxəssisləri, o cümlədən Rusiyadan V. Vasilyev, V. Malaxov, S. Filin və b. təmsil olunub.
Qeyd edək ki, A. Eyvazova 2012-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib.