Bakıda xalq teatrlarının festivalı olacaq
28 oktyabr 2013 15:26 (UTC +04:00)

Bakıda xalq teatrlarının festivalı olacaq

Noyabrın 4-dən 15-dək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı xalq teatrlarının festivalı keçiriləcək. İdarədən verilən məlumata görə, festivalın keçirilməsində məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da səmərəli təşkili, gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaqdır.


Festivalda 19 mədəniyyət müəssisəsindən 21 kollektiv iştirak edəcək. Münsiflər heyətinin tərkibinə  Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentləri - Azad Şükürov və Könül Axundova, Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Atababa Hacıbabayev, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Loğman Kərimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Aydın Əzimov daxildirlər. Festivalda qalib gələcək kollektivlər fəxri diplom və mükafatlarla təltif olunacaqlar.

# 685
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar