Bakıda “Fiqaronun toyu” olacaq
10 sentyabr 2014 11:35 (UTC +04:00)

Bakıda “Fiqaronun toyu” olacaq

Sentyabr ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 106-cı mövsümü başlayacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, teatr mövsümə sentyabrın 20-də Qara Qarayevin “Yeddi gözəl” baletinin tamaşası ilə başlayacaq. Sentyabrın 21-də isə Ü. Hacıbəylinin “Leyli və Məcnun” operası səslənəcək. Tamaşada Leyli partiyasını xalq artisti Nəzakət Teymurova, Məcnunu isə xalq artisti Mənsum İbrahimov ifa edəcək.

 

Sentyabrın 24-də Ü.Hacıbəylinin digər bir möhtəşəm əsəri “Koroğlu” operası səhnəyə qoyulacaq. Tamaşada Koroğlu rolunu gənc və istedadlı vokalçı Ramil Qasımov, Nigarı isə İlahə Əfəndiyeva ifa edəcəklər. Opera tamaşasında həmçinin xalq artistləri Şahlar Quliyev (Həsən xan) və Əli Əsgərov (İbrahim xan) çıxış edəcəklər.

 

Sentybarın 28-də Teatrda yeni mövsümün ilk premyerası olacaq. Görkəmli Avstriya bəstəkarı V. A. Motsartın “Fiqaronun toyu” operasının tamaşası keçiriləcək. Tamaşanın quruluşu beynəlxalq layihə əsasında həyata keçirilir. Tamaşada azərbaycanlı vokalçılarla yanaşı Ukrayna və Belorusdan olan ifaçılar iştirak edəcəklər. Fiqaro rolunu Ukraynanın əməkdar artisti Dmitri Qrişin, qraf Almavivanı isə Belorusun əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edəcək. Tamaşanın quruluşçu rejissoru tanınmış ukraynalı rejissor Nikola Tretyak, musiqi rəhbəri və dirijoru isə dirijorların beynəlxalq musabiqələrinin laureatı Əyyub Quliyevdir. Tamaşada həmçinin Azərbaycanın əməkdar artistləri İnarə Babayeva, Səbinə Əsədova, Gülnaz İsmayılova, Əkrəm Poladov və s. çıxış edəcəklər.

 

Mövsüm ərzində teatrda bir sıra maraqlı tamaşalar və premyeralar keçiriləcək. Teatrın aparıcı solistləri ilə yanaşı xarici ölkələrdən məşhur vokal və balet ulduzları tamaşalara dəvət olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar