Bakı Uşaq Teatrı Beynəlxalq Simpoziumda iştirak edib. Lent.az-ın məlumatına görə, 20-26 sentyabr tarixlərində Hindistanın Dehli şəhərində Bakı Uşaq Teatrının da iştirak etdiyi “III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumu” keçirilib.
Simpoziumun təşkilatçılığını MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Jamia Millia İslamia Universiteti (Hindistan) və Selçuk Universitetinin (Türkiyə) edib.
Millət vəkili Qənirə Paşayeva simpoziumun açılış bölməsində "Azərbaycan-Hindistan əlaqələri tarixdə və bu gün" mövzusunda məruzə ilə çıxış edib.
Simpoziumda iki gün ərzində müxtəlif bölmələr üzrə Azərbaycan, Türkiyə, İtaliya və Hindistandan olan alimlərin 60-dan çox məruzə və poster-məruzəsi dinlənilib və sərgilənib.