Bakı Beynəlxalq Turizm Filmləri Festivalı CIFFT-yə üzv oldu
25 noyabr 2013 12:40 (UTC +04:00)

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı CIFFT-yə üzv oldu

Bakıda Nizami Kino Mərkəzində keçirilən I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatıb. Mədəniyyət və Turizm Nazirliyindən Lent. az-a verilən məlumata görə, noyabrın 20-dən 23-dək festivalın müsabiqə proqramına daxil olan filmlər nümayiş etdirilib. 

Festivalın bağlanış mərasimində qaliblər elan olunaraq mükafatlandırılıb. Bağlanış mərasiminin sonunda çıxış edən Turizm Film Festivalları Beynəlxalq Komitəsinin (CIFFT) direktoru Aleksandr Kammel  Bakı Beynəlxalq Turizm Filmləri Festivalının CIFFT-yə üzv qəbul olunduğunu elan deyib.

Sonda mükafatlandırılma olub.

Qeyd edək ki, 2014-cü ilin iyun ayında II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının keçirilməsi planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar