Əməkdar artist Azərin Heydər Əliyevin 91-ci ildönümü münasibətilə Ağdam bölgəsində xidmət edən hərbi qulluqçular üçün konsert proqramı ilə çıxış edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konsertdə hərbi-vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.
Konsertin sonunda maraqlı proqrama görə hərbiçilər adından Azərinə təşəkkür bildirilərək hərbi hissənin komandanlığı adından "Fəxri Fərman" təqdim olunub.