“Azəri Gənclər Alyansı” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Sən, tək deyilsən” layihəsini həyat keçirir. Lent.az-ın məlumatına görə, layihə çərçivəsində internat və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna kömək göstərilməsi məqsədi ilə internat məzunlarının uğur hekayələrinindən bəhs edən qısametrajlı film hazırlanıb. Qısametrajlı filimdə internat və uşaq evlərində yaşayan gənclərin məşğulluğu ilə bağlı olan problemlər, onların aradan qaldırılması yolları və dövlətimizin bu istiqamətdə həyata keçirdiyi proqramlarda gənclərin iştirakı öz əksini tapıb. Filmin qəhrəmanları uşaq evi məzunları Səbinə Babayeva, İbrahim Abzotov və Yasəmən Abzatova öz həyat təcrübələrini bölüşürlər.
Layihənin əsas məqsədi cəmiyyətdə olan sosial məsuliyyət anlayışını düzgün istiqamətdə formalaşdırmaq, cəmiyyətin sosial təbəqəyə aid problemlərin həllində iştirakını və müxtəlif sahələrdə məlumatlılıq səviyyəsini artırmağa kömək etməklə yanaşı, Azərbaycanda sosial işçilər üçün artan ehtiyaclara hökumət və qeyri-hökumət təşkilatlarının diqqətinin cəlb etməkdən ibarətdir. “Azəri Gənclər Alyansı” İctimai Birliyi yaxın günlərdə filmin geniş ictimaiyyət üçün təqdimatını keçirməyi planlaşdırır.
Qeyd edək ki, filmin müəllifi Türkay Verdiyeva, qurulşçu operatoru Xətai Müzəffəri, operatoru İlqar Bərxudarlıdır.
https://www.youtube.com/watch?v=9td6INMpLWc&feature=share