Azərbaycanlı tələbənin tamaşası Milan səhnəsində
02 iyun 2014 13:40 (UTC +04:00)

Azərbaycanlı tələbənin tamaşası Milan səhnəsində

Milanda təhsil alan azərbaycanlı tələbə Nihad İsanın xoreqraf və rejissoru olduğu “Rast – Qanunsuz xatirələr” bir pərdəli teatral rəqs tamaşası İtaliyada səhnəyə qoyulub. Lent.az-ın xəbərinə görə, tamaşa Milan şəhərinin “DanceHaus di Susanna Beltrami” teatrında səhnələşdirilib.

Tamaşada Aliçe Karrino, Anyese Barcero, Klaudio Santarelli və Culya Murcanu rol alıb. Tamaşanın rəssamı Antonello Rucceridir.

Muğam və caz musiqisi üzərində hazırlanan səhnə əsərinin sonuna İtaliya və türk dillərində şeirlər də əlavə edilib.

“Rast – Qanunsuz xatirələr” bir pərdəli teatral rəqs tamaşası ilk dəfə 2013 -cü il mayın 17-də memar Sabir Orucovun dəstəyi ilə Milan şəhərindəki “Teatro Cinque” teatrında səhnəyə qoyulmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998

Oxşar yazılar