Azərbaycanlı tarzən Türk dünyası sənət topluluğuna rəhbər  təyin edildi
26 mart 2015 20:58 (UTC +04:00)

Azərbaycanlı tarzən Türk dünyası sənət topluluğuna rəhbər təyin edildi

Məşhur azərbaycanlı tarzən Abdulla Qurbani Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Ankara Türk dünyası sənət topluluğunun rəhbəri təyin edilib. Bu barədə APA-ya məlumatı Abdulla Qurbani özü verib. Yeni təyinatı ilə bağlı APA-ya açıqlama verən Abdulla  Qurbani deyib: ”Bu yüksək vəzifə mənim çiyinlərimə daha böyük məsuliyyət qoyur. İndiyə qədər fəaliyyətimdə 40 illik sənət təcrübəmi Türkiyənin sənətsevərləri ilə  bölüşmək üçün əlimdən gələn hər şeyi etmişəm. Bundan sonra Türk dünyasının zəngin musiqi irsinin Türkiyədə daha yaxşı tanıdılması üçün çalışacam. İndiyə qədər olduğu kimi, bundan sonra Azərbaycanın zəngin mədəniyyət irsi fəaliyyətimizdə  lokomotiv rolunu oynayacaq”.

 

Qeyd edək ki, 1954-cü ildə Tehranda anadan olan Abdulla Qurbaninin ailəsi  Bakıya köçüb. Asəf Zeynallı adına musiqi məktəbinin tar sinfini bitirən Abdulla Qurbani daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət konservatoriyasından məzun olub. Gənc yaşlarında  İslam Rzayevin yaratdığı instrumental ansamblın bədii rəhbəri təyin edilən Abdulla Qurbani, ailəsi ilə birlikdə 1982-ci ildə İrana qayıdıb. Daha sonra bir müddət Almaniyada yaşayan Abdulla Qurbani 1988-ci ildən bəri Türkiyə Mədəniyyət və Turizm Nazirliyində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar