Azərbaycanlı rəssam Ellada İsmayıl 21-23 oktyabr tarixləri arasında Luvrda keçirələcək beynəlxalq sərgiyə dəvət edilib. Lent.az-ın olke.az-a istinadən məlumatına görə, ekspozisiyada rəssamın 4 əsəri nümayiş ediləcək. Fransada keçiriləcək sərgiyə dünyanın ən məşhur rəssamları, beynəlxalq sərgilərdə iştirak etmiş çox fərqli spektr yaradıcılığı olan rəssamlar dəvət edilib. Ellada İsmayıl dəvətdən məmnun qaldığını və sərgidə Azərbaycan koloritlərini göstərmək istədiyini qeyd edib.
Ellada İsmayıl Əzim Əzimzadə adına rəssamlıq məktəbində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. O, əsasən impressionizm üslubunda işləyib. O, Türkiyə, Rusiya, Gürcüstan Almaniya və Portuqaliyada təşkil edilən peşəkar sərgilərdə çıxış edib və əsərləri bir çox kolleksiyalarda saxlanılır.
"Salon biznes-art-2016" adlı beynəlxalq festival Luvrun "Karusel dyü Luvr" sərgi zalında keçiriləcək. Onu da bildirək ki, sərgidə digər bir azərbaycanlı rəssamın - Turan Muxtarzadənin də əsərləri nümayiş olunacaq.