Azərbaycanlı alim “Akça Koca” simpoziumunda iştirak edəcək
29 aprel 2014 21:35 (UTC +04:00)

Azərbaycanlı alim “Akça Koca” simpoziumunda iştirak edəcək

AMEA akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov 2-4 may tarixində Türkiyənin Kocaeli Böyük Şəhər Bələdiyyəsi və Kocaeli Universiteti tərəfindən təşkil ediləcək “Beynəlxalq Akça Koca” simpoziumuna dəvət alıb.

 

İnstitututdan APA-ya verilən məlumata görə, Osmanlı dövlətinin tanınmış sərkərdəsi olan Akça Kocanın şərəfinə keçirilən beynəlxalq simpoziumda dünyanın 12-dən artıq ölkəsinin müxtəlif universitetlərində çalışan tarixçilərin məruzələri dinləniləcək. Şərqşünas alim Cavid Qasımovun simpoziumda “Hacı Zeynalabidin Şirvanının “Səyahətnamə”sində Kocaeli haqqında məlumatlar” adlı məruzə ilə çıxış etməsi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586
avatar

Oxşar yazılar