Azərbaycanın tanınmış rejissoru Rusiyada tamaşa hazırlayır
29 noyabr 2014 11:08 (UTC +04:00)

Azərbaycanın tanınmış rejissoru Rusiyada tamaşa hazırlayır

Kalmıkiya Milli Dram Teatrına ezam olunmuş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovun quruluş verdiyi ilk tamaşa dekabrın 12-si və 13-də nümayiş etdiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, rejissor yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa (iki hissəli komediya) üzərində yaradıcılıq işi aparır.

 

Tamaşanın quruluşçu rəssamı Saqlar Çulkayev olan tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova və başqaları çıxış edəcəklər.

 

Qeyd edək ki, teatr rəhbərləri arasında imzalanmış müqaviləyə uyğun olaraq, Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət  İşçisi  Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə. Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün 2015-ci ilin may ayında Bakıya ezam olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar