Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında dövlət sifarişi ilə istehsal olunan “Əsgərin şücaəti” adlı yeni tammetrajlı bədii filmin çəkilişlərinə başlanılıb.
Kinostudiyadan Lent.az-a verilən məlumata görə, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş filmin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru isə Nadir Mehdiyevdir.
“Əsgərin şücaəti” filminin çəkilişlərinə Belarusun Brest şəhərində başlanılıb. Filmdə Almaniya və Rusiyanın tanınmış aktyorları ilə yanaşı, Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru Bəhruz Vaqifoğlu da rol alıb. B. Vaqifiv “Çölçü” filmində də iştirak edib.