Azərbaycanda Misir mədəniyyət günləri keçiriləcək
30 may 2014 18:35 (UTC +04:00)

Azərbaycanda Misir mədəniyyət günləri keçiriləcək

İyunun 1-dən 7-dək Azərbaycanda Misir Ərəb Respublikasının mədəniyyət günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, mədəniyyət günləri çərçivəsində Milli Kitabxanada beynəlxalq Simpozium, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təntənəli konsert proqramının təqdimatı, "İsmailiyyə" folklor ansamblının konsertləri və rəsm, dekorativ-tətbiqi sənət və foto sərgisi olacaq.

 

Sərginin açılışı isə iyunun 2-də saat 16:00-da "Qalereya 1969" Sərgi salonunda keçiriləcək. Sərgidə Misirin incəsənət xadimi Şərif Sunbul, və Misirin Helvan universitetinin rəssamlıq fakültəsinin müəllimi Dr. Ənvər Məhəmməd İbrahim Əli iştirak edəcəklər. 

 

İyunun 2-i saat 11:00-da Milli kitabxanada Azərbaycan-Misir Beynəlxalq əlaqələrinə dair simpozium, saat 16:00-da "Qalereya 1969" sərgi salonunda Misir Ərəb Respublikasının rəsm, dekorativ-tətbiqi sənət və foto sərgisinin açılışı, saat 19:00-da Dövlət Mahnı Teatrında Misir Mədəniyyət Günlərinin açılışı və "İsmailliyə" folklor qrupunun konserti olacaq.

 

İyunun 3-i saat 17:00-da Mərdəkan Mədəniyyət Sarayında və ertəsi gün saat 17:00-da Suraxanıda açıq havada "İsmailliyə" folklor qrupunun konserti, iyunun 5-i saat 16:00-da Qobustan Mədəniyyət Evində "İsmailliyə" folklor qrupunun konserti keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619
avatar

Oxşar yazılar