"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov teleseriala çəkilib. Lent.az-ın məlumatına görə, bu barədə azvision.az-a mətbuat katibi özü bildirib.
N.Əzməmmədov qeyd edib ki, hazırda ATV telekanalında yayımlanan “Sonuncu fəsil” serialında Mamed obrazında çəkilir: “Filmin rejissoru Rövşən İsaqdır, artıq 30 seriya yayımlanıb, mən isə 6 seriyada iştirak etmişəm”.
Qeyd edək ki, mətbuat katibi “Nəsimi”, “ Qara Volqa”, “Asif, Vasif, Ağasif”, ”Od içində”, “Yaramaz” və s. kimi filmlərdə rol alıb.