Mədəniyyət və Turizm Nazirliyi Fransada “İFTM TOP RESA 2013” sərgisində iştirak edir. Nazirlikdən Lent. az-a verilən məlumata görə, Parisdə keçirilən sərgidə 151 ölkə təmsil olunur.
Sərgi ayın 27-də bitəcək. Burada Azərbaycanı nazirliyin nümayəndələri təmsil edirlər. Fransız və ingilis dillərində ölkəmizə dair müxtəlif məlumat kitabçaları, bukletlər, broşürlər və digər vəsaitlər nümayiş olunur.
Fransanın Turizm naziri xanım Silviya Pinel də sərgidə olub və stendləri gəzib, müxtəlif ölkələrin, o cümlədən Azərbaycan nümayəndə heyəti ilə də görüşüb.
Qeyd edək ki, Azərbaycan bu sərgidə artıq dördüncü dəfədir iştirak edir.