Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi “Birlikdə” XIV Beynəlxalq telekinoforumunda nümayiş etdiriləcək. Lent.az-a verilən məlumata görə, telekinoforum sentyabrın 5-dən 11-dək Ukraynanın Yalta şəhərində keçiriləcək. Ssenari müəllifi Vidadi Həsənov olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınıb.
Filmdə V. Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
Qeyd edək ki, “Çölçü” filmi indiyədək bir çox festivallarda göstərilib.