Zambiyada Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyası çərçivəsində Avropa Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Sözügedən iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
İclas zamanı Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə namizədliyinin təsdiqlənməsi təklifi irəli sürülüb. Həmçinin, iclas iştirakçıları tərəfindən Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 2014-cü ilin aprel ayında keçirilməsi nəzərdə tutulan növbəti görüşünün Azərbaycanda keçirilməsi təklifi müzakirə olunub.