Aysel Əlizadənin “Azad”ı işıq üzü gördü
25 oktyabr 2013 20:15 (UTC +04:00)

Aysel Əlizadənin “Azad”ı işıq üzü gördü

Bu gün bir müddət əvvəl gənc yazar Aysel Əlizadənin çapdan çıxan “Azad” kitabının təqdimatı olub. Lent.az-ın məlumatına görə, böyük alim Azad Mirzəcanzadənin 85 illiyinə həsr olunan kitabın təqdimatında yazarı sevən dostları, tanınmış jurnalistlər - Qabil Abbasoğlu, Azər Ayxan, İlhamiyyə Rza, yazıçı, dramaturq Firuz Mustafa, Ümid Partiyasının başqanı İqbal Ağazadə, gənc yazarlar Cavid Zeynallı, Fərid Hüseyn, Dilqəm Əhməd, Sahilə İbrahimova iştirak edib.

 

Təbdiri giriş sözüylə Aysel özü açıb. Daha sonra qonaqlardan məclisi idarə etmək üçün S. İbrahimova söz verilib. Ardınca F. Hüseyn, A. Ayxan, Elbrus Ərud, İ. Ağazadə, F. Mustafa, professor Eldar Şahbazov, anası Kəmalə Abıyeva yazıçı Həmid Herisçi və başqaları kitab haqqında fikir mübadiləsi ediblər.

 

Səslənən fikirlərdə Ayselin kitabı oxucusuna əsəri sonuna qədər oxuması üçün ilk cümlədən maraq yaratdığı deyilib: “Aysel o yazıçılardandır ki, onun kitabı ilk cümləsindən son cümləsinə qədər oxucunu özünə cəlb edir və sona qədər oxucu eyni maraqla oxumağa davam edir. Bu cür intellektual Azərbaycan qadının kitab yazması təqdirə layiqdir. Çünki evdar qadınlar öz uşağına tərbiyə verir,ancaqn yazar xanımlar minlərlə uşağa”.

 

 

Qeyd edək ki, yazıçı böyük fikir adamı A. Mirzəcanzadəylə video çəkiliş etmək istəyir. Lakin rəhbərlik etiraz edir. Bu müddət ərzində Mirzəcanzadə vəfat edir. Gənc yazıçının içində peşmanlıq hissi o həddə çatır ki, o alim haqqında kitab yazmaq qərarına gəlir. Ancaq bununla belə o boynunda borcu olan alimin borcunu ödəmədiyini etiraf edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1881
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar