Əməkdar artist Aybəniz Haşımova sentyabrın 22-də millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında konsert verəcək. “Dostluq körpüsü” layihəsi çərçivəsində gerçəkləşəcək konsertdə onunla səhnəni tacikistanlı Təhminə Niyazova, qazaxstanlı Alişir Karimov və kubalı Emiliya Morales bölüşəcəklər. Əcnəbi müğənnilərlə yanaşı əməkdar artist Səlim Abbasov, gənc müğənnilər Aynişan Quliyeva, Əsgər İsmayılov, Vüqar Ağayev və “Bülbüllər” qrupunun da çıxışları nəzərdə tutulub. Konsert xeyriyyə məqsədi daşıyır və kimsəsiz, fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün nəzərdə tutulub. Aparıcı Saleh Bağırov olacaq.
Qeyd edək ki, əcnəbi müğənnilər paytaxtımıza ayın 19-da gələcəklər.
Aybəniz Haşımova konsertə hazırlaşır
1438