Astanadakı Türk Akademiyası türkologiya mərkəzinə çevrilib
29 avqust 2013 06:18 (UTC +04:00)

Astanadakı Türk Akademiyası türkologiya mərkəzinə çevrilib

2010-cu ildə Qazaxıstanın Astana şəhərində açılmış türk akademiyası hazırda dünyada türkologiya sahəsində ən aparıcı mərkəzlərdəndir.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda «Qloballaşmada türk xalqları və türk dillilər» mövzusunda keçirilən «dəyərmi masa» iştirakçıları qeyd edib.

 

Moskvada keçirilən bu tədbir 1995-ci il avqustun 30-da qəbul edilmiş ölkə Ana Yasasına həsr edilib.

 

«Üç ildən bir az artıq vaxt keçməsinə baxmayaraq, biz bu mərkəzin elmi mərkəz kimi uğurlu fəaliyyətinin şahidiyik. Moskvada daxil olmaqla bir sıra yerlərdə tədbirlər keçirilib. Artıq lüğət hazırlanıb»-deyə, Qazaxıstanın Rusiyadakı səfirliyinin müşavir-səfiri Nurlan Seytimov bildirib.

 

 

Türk Akademiyasının baş elmi işçisi Kayırbəy Rzabəylu Kəməngər deyib ki, mərkəzi əsas hədəfi türkologiya sahəsində araşdırmaların əlaqələndirilməsidir:«Təkcə bu il dünyadan tanınmış 80 türkoloqu birgə araşdırmaya cəlb etmişik».

 

Onun sözlərinə əsasən, türklərlə bağlı muzey açmağı da planlaşdırırlar.

 

Kəməngər dünyada türkologiya kafedralarının fəaliyyətində eniş olduğunu da vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922
avatar

Oxşar yazılar