
Aşıq Şəmşirin 125 illiyi ilə bağlı sərəncam imzalandı
Azərbaycan Prezidenti İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, sərəncamda qeyd olunub ki, 2018-ci ildə Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur.
Bildirilib ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm edib.
Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Oxşar yazılar

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10
Arif Babayevin son durumu AÇIQLANDI
31 iyul 2025 , 10:33
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO
31 iyul 2025 , 06:31
Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər
30 iyul 2025 , 04:51
Arif Babayevin SON DURUMU
29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi
29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi
29 iyul 2025 , 09:14