Amerikalı cazmen Bakıda konsert verdi
18 noyabr 2015 03:46 (UTC +04:00)

Amerikalı cazmen Bakıda konsert verdi

Milli İncəsənət Muzeyində Amerika caz ifaçısı Qabriel Stravellinin konserti keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta, Avstriyanın Azərbaycandakı səfiri Aksel Veks, diplomatik korpusun nümayəndələri iştirak edib. Tədbirdə qeyd olunub ki, Azərbaycanda olarkən Qabriel Stravelli və onun qrupu müxtəlif açıq konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçirəcəklər.

 

Qabriel Stravellinin Azərbaycanda keçirilən bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. Eyni zamanda YARAT Müasir İncəsənət Məkanında Amerika Caz Musiqisinin tarixi mövzusunda təqdimat və konsert olacaq.

 

Qeyd edək ki, Qabriel Stravelli və onun qrupu ABŞ-ın Dövlət Departamentinin Amerika Musiqisinin xaricdə Təbliği proqramı çərçivəsində Azərbaycana ilk dəfə səfər edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07