Amerikada “QaraBağ" diski işıq üzü görüb 
10 iyun 2014 18:12 (UTC +04:00)

Amerikada “QaraBağ" diski işıq üzü görüb 

0

Dahi bəstəkarı Qara Qarayevin vəfatının 32-ci ildönümü ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında "QaraBağ: ZulfiqaRenatuS" diski işıq üzü görüb. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn diskdə Azərbaycan klassik musiqi nümunələri saksofonçu Zülfüqar Bağırovun və portuqaliyalı pianoçu Renato Dizin ifasında müasir üslubda və yeni improvizədə dinləyicilərə təqdim olunur.


Albomda Üzeyir Hacıbəylinin "Koroğlu" operasından, Qara Qarayevin "Yeddi gözəl" baletindən və "Skripka və orkestr üçün konsert"indən parçalar, bəstəkar Zakir Bağırovun "Minatürlər, Andanito" əsərindən müqəddimə yer alıb. Daha bir impovizə Fərəc Qarayevin "Qobustan kölgələri" baleti, Zakir Bağırovun "Miniatürlər, mahnı və rəqs" və "İki ifaçı üçün sonata"sının sintezindən ərsəyə gətirilib. Altıncı nümunə isə Fərəc Qarayevin "Tristessa" əsərinin improvizə olunmuş yeni variantıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 788

Oxşar yazılar