Mayın 13-də xalq artisti Alim Qasımov Tehranda konsert verəcək. Lent.az-ın məlumatına görə, konsert Tehran Beynəlxalq Sərgi Mərkəzinin “Milad” salonunda olacaq.
Konsertin təşkilatçısı təbrizli şair Xosrov Sərtpidir.
Qeyd edək ki, bir günlük konsertdə Alim Qasımovu qızı Fərqanə Qasımova müşayiət etməyəcək. İran İslam Respublikasında qadınların ifasına icazə verilmir.