Fransanın İl-de Frans regionu tərəfindən keçirilən mahnı festivalında Azərbaycanı xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova təmsil edib. Xalq artistinin mətbuat xidmətinin rəhbəri Səadət Möhübovanın Lent.az-a verdiyi məlumata görə, sentyabrın 7-də başlayan festivalda hər iki xanəndə Azərbaycan muğamları və xalq mahnıları səsləndiriblər.
Konsertdə fransız ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və səfirliyin əməkdaşları, diasporumuzun təmsilçiləri və tələbələr iştirak edib.
Qeyd edək ki, 1976-cı ildə təsis edilən mahnı festivalı oktyabrın 13-nə qədər davam edəcək.