Musiqili Teatrın aktrisası Nərgiz Kərimova Çinə gedib. Teatrdan Lent.az-a verilən məlumata görə, solist Pekin opera və Balet teatrında Azərbaycan klassik musiqisindən ibarət “Çin-Azərbaycan dostluq konserti” adlı tədbirdə iştirak edib. Pekindəki səfirliyimizin təşəbbüsü ilə gerçəkləşən konsertdə həmçinin, Yalçın Adıgözəlov Milli Opera və Rəqs Dram Teatrının simfonik orkestrinə dirijorluq edib.
Qeyd edək ki, solist-vokalist Nərgiz Kərimova 1989-cu ildə Bakıda keçirilən «Qızıl payız-89» Respublika müsabiqəsinin, 1990-cu ildə isə Moskva şəhərində keçirilən «Yeni adlar» III Ümumittifaq müsabiqəsinin laureatı olub, 1991-ci ildə Almatı şəhərində keçirilən M. Qlinka adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində uğurlu çıxışına görə diplomla təltif olunub. Vokalçı, həmçinin, 2012-ci ildə Karakandada keçirilən «DOCSTAR» I Beynəlxalq Açıq Müsabiqəsində I yeri tutub.