Ağahüseyn Cavadovun 120 illik yubileyi keçiriləcək
10 iyun 2014 11:58 (UTC +04:00)

Ağahüseyn Cavadovun 120 illik yubileyi keçiriləcək

İyunun 12-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr xadimi, Azərbaycan SSR xalq artisti Ağahüseyn Cavadovun 120 illik yubileyi keçiriləcək. Teatrın mətbuat xidməti Elçin Cəfərovun Lent.az-a verdiyi məlumata görə, teatrın foyesində təşkil olunacaq yubileyin rejissoru Loğman Kərimovdur. Yubileydə teatrşünaslar iştirak edəcək.

 

Aparıcısı Məryəm Əlizadə olacaq yubileydə əməkdar artistlər Gülyaz və Gülyanaq bacıları, Anar Şuşalı da iştirak edəcək. Yubileydə sənətkarın çəkildiyi filmlərdən fraqmentlər göstəriləcək.

 

Qeyd edək ki, aktyor 1984-cü ilin 22 aprelində Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində dünyaya gəlib. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə "Səadət" məktəbini bitirib. 1920-ci ilin iyunundan müəyyən fasilələrlə Milli Dram Teatrında işləyib.

A.Cavadov "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Əhməd haradadır?" (Əhməd), "O olmasın, bu olsun" (Bəy), "Bir qalanın sirri" (Rəmmal), "Sehrli xalat" (Vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (Xırdavatçı) və digər filmlərə çəkilib.

Aktyor 1931-ci ildə respublikanın əməkdar artisti, 1938-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Ağahüseyn Cavadov 20 iyul 1981-ci ildə Bakıda vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar