Ukraynanın xalq artisti Bakı səhnəsində
04 iyun 2015 18:30 (UTC +04:00)

Ukraynanın xalq artisti Bakı səhnəsində

İyunun 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  italyan bəstəkarı Qaetano Donisettinin “Sevgi şərbəti” operasının  tamaşası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşada əsas partiyalardan biri - Adina partiyasını Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Olqa Naqornaya ifa edəcək.

 

Tamaşada həmçinin, teatrının aparıcı solistləri – əməkdar artistləri Fərid Əliyev (Nemorino), Əkrəm Poladov (Dilkamara), Səbinə Əsədova (Janetta) və solist Anton Ferştandt (Tonio) iştirak edəcəklər.

 

Dirijor beynəlxalq müsabiqələr və “Humay” milli mükafatının laureatı Əyyub Quliyevdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182

Oxşar yazılar