Ölkə prezidenti T. İ. Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az AZƏRTAC-a istinadən bildirir ki, prezident İlham Əliyevin sərəncamına əsasən, Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskaya “Şərəf” ordeni ilə təltif edilib.