Azərbaycan mədəniyyət və turizm nazirliyinin “Salnamə” sənədli filmlər studiyasında “Qafqazdan Appeninə” sənədli filmin istehsalını yekunlaşıb. Studiyadan Lent.az-a verilən məlumata görə, 26 dəqiqəlik film ikinci dünya müharibəsi illərində İtaliyanın şimalında fəaliyyət göstərən İtaliya Azadlıq və Müqavimət hərəkatında mübarizə aparmış azərbaycanlı partizanlara həsr olunub.
Çəkilişlər İtaliyanın Milan, Bergamo, Parma və Triyest şəhərlərində aparılıb. Orda olan məzarlar və İtaliyalı partizanların fikirləri işıqlandırılıb. Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Elxan Ələsgərov, operator Elxan Rüstəmov, redaktor Ramil Ələkbərov, prodüesri isə Nazim Hüseynovdur.
Qeyd edək ki, film “Evroclima” nın təşkilatı və “Nova Gorica” kino mərkəzinin texniki dəstəyi ilə çəkilib.