"Keyxanım" yeni seriala çəkiləcək
08 dekabr 2015 15:17 (UTC +04:00)

"Keyxanım" yeni seriala çəkiləcək

“Keyxanım” ləqəbi ilə tanınan Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva yeni seriala çəkilir. Bu barədə Lent.az-a teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib. Onun sözlərinə görə, aktrisa “Əntiqə rəfiqələr” adlı serialda rol alacaq: “Yaradıcı kollektiv milli-mənəvi dəyərlərin, saflığın, dürüstlüyün təbliğini qarşısına məqsəd qoyub. Serialda iki əsas qəhrəman var. Onlardan birini Ülviyyə Əliyeva, digərini isə “Toppuş bacı” ləqəbi ilə tanıdığımız əməkdar artisti Tünzalə Əliyeva canlandırır. Bu bizim “Toppuş bacı”yla, ilk müstəqil işimizdir. “Əntiqə rəfiqələr”in ideyası da Tünzalə xanıma məxsusdur. Serialda əsasən iki rəfiqənin başına gələn maraqlı, gözlənilməz, komik situasiyalarla dolu əhvalatlar baş verir. Ümid edirik ki, bizim bu yeni işimiz də sevimli tamaşaçılarımızın rəğbətini qazanacaq. Paralel olaraq Musiqili Teatrda da işlərimi davam etdirirəm. Hazırda Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” komediyasında Anaxanım obrazını məşq edirəm. Anaxanım çox maraqlı, özünəməxsus xüsusiyyətləri olan bir obrazdır. Əminəm ki, Anaxanım obrazı da tamaşaçıların yaddaşında iz qoyacaq. Ümumiyyətlə, yeni səhnə əsərlərinin məşqindən, repertuardakı tamaşalarda canlandırdığım obrazlardan xüsusi zövq, güc alıram. Fürsətdən istifadə edib məni sevənləri Musiqili Teatrda oynadığım tamaşalara baxmağa dəvət edirəm”.

 

Qeyd edək ki, ailə-məişət mövzusundan bəhs edən “Əntiqə rəfiqələr”in quruluşçu-rejissoru Xamis Ağcayevdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435
avatar

Yalçın UĞUR

Oxşar yazılar