"Halay" ansamblı Macarıstanda çıxış edəcək
18 iyun 2014 19:34 (UTC +04:00)

"Halay" ansamblı Macarıstanda çıxış edəcək

0

İyulun 2-dən 6-na qədər Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçiriləcək. APA-nın xəbərinə görə, 10-dan çox ölkənin qatılacağı festivala bu il Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.

 

Azərbaycanı bu populyar mədəniyyət bayramında Masallı rayonunun məşhur "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı təmsil edəcək. Dunay festivalı çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərinin nümayişi, folklor nümunələrinin təqdimatı, ayrıca "Azərbaycan musiqisi gecəsinin" təşkili nəzərdə tutulur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 773

Oxşar yazılar