“Space”dən getmiş tanınmış aparıcı Əkbər Əlizadənin yeni iş yeri məlum olub. Lent.az-ın məlumatına görə, o, ATV kanalında yayımlanan “Qorxma mən səninləyəm” verilişində aparıcılıq edəcək. Belə ki, Əkbər verilişi həmkarı “Toppuş bacı” (Tünzalə Əliyeva), “Keyxanım”(Ülviyyə Əliyeva) ilə birgə təqdim edəcək. Proqramda şou-biznesin tanınmış simaları bir-biriləri ilə yarışacaqlar. Verilişdə iki komanda iştirak edəcək. Komandalardan birinə Toppuş bacı, digərinə isə Keyxanım “Qorxma mən səninləyəm” deyəcək. Əkbər isə komandalara müxtəlif tapşırıqlar verəcək.
2094