Mayın 11-dən 15-dək Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə əməkdar artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupu Fransada qastrol səfərindədir. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, qrupun mayın 12-də Reyms şəhərində, 13-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində, 14-də isə Parisin "Oratoire du Louvre" kilsəsində konsertləri nəzərdə tutulub. Qrup etno-caz layihəsi ilə maraqlı konsert proqramı hazırlayıb.
Qrupun üzvləri Arzu Həsənli (vokal), Mircavid Cəfərov (tar), Tural Qasımlı (piano), Vasif Hüseynzadə (piano), Coşqun Sadıqov (tütək, balaban), Kamran Kərimov (nağara), Ruslan Hüseynov (bas gitara), İsgəndər Ələsgərov (zərb alətləri) və Mircavad Cəfərovdur (ud). Konsert proqramına 13 kompozisiya daxil edilib.