Nazirlər Kabineti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanın icrası ilə bağlı bəzi qərarlarına dəyişiklik edib.
Lent.az-ın məlumatına görə, dəyişikliyə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” qərarın 1-3-cü hissələrindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.
Həmçinin həmin qərara 1 nömrəli əlavənin - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı”nın və 2 nömrəli əlavənin - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan abidələrin, qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı”nın adlarından “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.