<b>“Discover Azerbaijan” təqdim edir:</b> Qax, Zaqatala mənzərələri
10 oktyabr 2014 17:05 (UTC +04:00)

“Discover Azerbaijan” təqdim edir: Qax, Zaqatala mənzərələri

Şəkidən çıxarkən biz Zaqatala istiqamətinə yol aldıq, amma yolüstü bir neçə saatlığına Qaxa da dəymək qərarına gəldik.

 

Qax

 

Qax - Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonunun inzibati mərkəzi və şəhəridir.

Bu diyar öz təbiəti ilə zəngindir. Burada yerləşən İlisu qoruğunda ayı, dağ keçisi, canavar, vəhşi pişik, qaban, çaqqal və başqa heyvanlara rast gəlmək olar. Rayon ov və balıq ovu həvəskarları üçün xüsusilə cəlbedicidir. (informasiya www.azerbaijan.travelveb səhifəsindən götürülmüşdür.)

 

 

 

 

 

 

 

Qədim tikili olan İçəri Bazarın küçəsində bərpa edilmiş qala divarları. Bu tikililərin tarixi XVIII

əsrdən başlayır.

 

 

 

 

 

Görkəmli bəstəkar və ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin

ev-emalatxanası. Məlumdur ki, 1902-ci ildə Qori seminariyasında təhsil aldığı dövrdə Müslüm

Maqomayev dahi bəstəkar Üzeyir Hacıbəyli ilə birlikdə buranı dəfələrlə ziyarət etmişdir. 
 

 

 

 

 

 

 

Elə yaxınlıqda açıq havada teatr yerləşir. 
 

 

 

Muzey kompleksinin (XIX əsr) ərazisində Pravoslav kilsəsi. 
 

 

 

Tarix Muzeyində bir çox maraqlı şey tapmaq olar.
 

Eksponatlar daim yenilənir. Muzeyin direktoru Mahir Əfəndi bizə Qax rayonunun ərazisində onlarla

əsr yaşı olan müxtəlif arxeoloji tapıntılar haqqında danışdı.

 

Daha sonra, Mahir müəllimlə birlikdə biz bir çox tarixi abidələrin olduğu Qum və İlisu kəndlərinə

getmək qərarına gəldik.

 

Qum bazilikası – V əsrə aid qədim Alban məbədi. Əsas materialı sütun və tağlarda istifadə olunmuş

qırmızı kərpiclə çox gözəl ahəng təşkil edən göy və tünd yaşıl rəngə çalan çay daşlarından ibarətdir.

 

 

Tikilinin damı vaxtilə tağlarla dəstəklənib. Çox güman ki, məbəd iki yaruslu olub.

 

İlisu yolunda vaxtilə çayı keçmək üçün yeganə keçid yeri olan Ulu körpüsünü gördük (XVI əsr).

Hazırda körpü gediş üçün bağlıdır və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi

mühafizə olunur.

 

XIV əsrə aid Sumuq Qalanın məşhur keşikçi qülləsi. Yeri gəlmişkən, məşhur "Qorxma, mən

səninləyəm" filmi vaxtilə məhz bu qalada lentə alınmışdır.

 

XVIII əsr aid şəhər məscidi. Belə bir maraqlı fakt var ki, Daniyal bəy (İlisu sultanlığının son hökmdarı)

Rusiya hökumətinə xidmət etməkdən imtina etmiş, məğlub olduqdan sonra isə dağlara qaçmaq

məcburiyyətində qalmışdır. İlisunun özü məhv edilmiş və yalnız məscid qorunub saxlanılmışdır.

 

Məscidin girişi.

 

Keşikçi qüllələrindən biri (XVII-XVIII əsrlər)

Bir yerli sakin gözaltı bizə, turistlərə baxır.

 


Yeri gəlmişkən, yaxınlıqda hündürlüyü təqribən 30 m olan Azərbaycanın ən yüksək Ram-Rama

şəlaləsi yerləşir. İndi o, əlbəttə ki elə də əzəmətli deyil, lakin yaz aylarında onun gücü dəfələrlə artır.

 

İlisuda gəzintimizi tamamlayaraq, dərələrdən keçib yaşıl təpələrlə Qaxa geri qayıdırıq.

 

Və əlbəttə ki, dadlı fasilə. Yerli təam olan Sürfüllü. Maraqlısı odur ki, bu yeməyi həm təzə ətlə, həm də

payızdan qurudulmuş qoyun əti ilə yemək olar. Adam lap barmaqlarını yalamaq istəyir.

 


Beləliklə, Zaqatalaya doğru yolumuza davam edirik.
 

Yevlax-Balakən yolundan Qaxın görünüşü.

 

Yeri gəlmişkən, yolda GoMap naviqatorunun xəritələri ilə istiqamətlənirdik. Sürətli və rahatdır.

 

Zaqatala

 

Zaqatala - Azərbaycanın şimal-qərbində yerləşən Zaqatalada rayonunun inzibati mərkəzidir. Zaqatala

Qərbdən və Şərqdən Balakən və Qax rayonları ilə, Cənubda Gürcüstanla, Şimalda Rusiya

Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəddir (informasiya www.azerbaijan.travelveb

səhifəsindən götürülmüşdür).

 

Şəhərin mərkəzində böyük ölçülü bayraq dalğalanır! Gözəldir!

 

İlk növbədə məlumat mərkəzinə gələrək harada gecələyə biləcəyimiz və eyni zamanda, gəzmək

üçün maraqlı yerlər və tarixi abidələr haqqında məlumat aldıq. Bütün zəruri məlumatlar bir ofisdə. Rahatlıq.

 


Yeri gəlmişkən, məlumat mərkəzi Dədə Qorqud parkının yaxınlığında yerləşir.

 

Şəhərin bu hissəsində əsasən köhnə evlər, küçə boyunca isə 300-400 yaşı olan əzəmətli çinar ağacları yerləşir.

 

 

 

Burada, yaşayış məhəllələrinin birində, IV-V əsrlərə aid Alban kilsəsi ucalır. Yaşına

baxmayaraq, kilsə yaxşı qorunmuşdur.
 

 

"Qaladüzü" qala yaylasına aparan pilləkənlər. O, şəhərə gözəllik verir, habelə Qaladüzü yaşayış

massivini, Zaqatala qalasını və Heydər Əliyev adına mədəniyyət və istirahət parkını birləşdirir.

 

Qala divarları. 1830-cu ildə Yeni Zaqatala adı altında qala inşa edilib, 20 il sonra isə (1851-ci ildə)

ona şəhər statusu verilib.

 

Kompleksin içində mənzərəli məkanlardan birinə doğru olan yoxuş.

 

Ərazidə kifayət qədər çoxlu köhnə tikili qalmışdır. Burada anbarlar və kazarmalar var.

 

İnşaat üsulu bu günədək məlum deyil. Məsələn: elə bu otaq kimi. Pilləkənlə aşağı düşərkən içməli

su anbarını görmək olar. Ən maraqlısı odur ki, yay aylarında burada su buz kimi soyuq olur.

Qışda isə küçədə havanın hərarəti mənfi olsa da, su otaq temperaturunadək isinir.

 

Qaladan sonra tarix muzeyinə gedirik. Tarix muzeyləri həmişə keçmişə toxunmaq və regionun

xüsusiyyətlərini öyrənmək üçün bir vasitədir.

 

 

 

Muzey kiçik olmasına baxmayaraq, burada 20 000-dən çox eksponat var.

 

Mədəniyyət Mərkəzi muzeyin iki addımlığında yerləşir. Mərkəzin önündə ölkənin mədəniyyət xadimlərinin büst-abidələri olan kiçik park var.

Şəhərin yaxınlığında, Car kəndində bizə XIV əsrə aid olan Cingözqalanı göstərdilər.

 

Şəhərin çıxacağında Yuxarı Tala kəndində biz Cümə məscidini (XIX əsr) ziyarət etmək qərarına gəldik.

 

Cümə namazına buraya yüzlərlə, hətta minlərlə mömin toplaşır.

 


Fürsətdən istifadə edərək layihəni dəstəklədiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm.

 

Bizi izləməyə davam edin.

 

Məcid Əliyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656
avatar

Oxşar yazılar