Turistləri daşıyan avtobus yandı, 20 nəfər öldü
24 oktyabr 2025 13:41 (UTC +04:00)

Turistləri daşıyan avtobus yandı, 20 nəfər öldü

0

Hindistanda turist avtobusu motosikletlə toqquşub.

Lent.az xarici mediaya istinadla bildirir ki, qəza Andhra-Pradeş ştatında qeydə alınıb. Haydarabaddan Banqalora hərəkət edən turist avtobusu motosikletlə toqquşub. Qəza zamanı ikitəkərli nəqliyyat vasitəsi avtobusun yanacaq çəninə çırpılıb. Nəticədə salonunda 44 nəfər olan avtobus yanıb.

Bədbəxt hadisə zamanı təxminən 20 nəfər həlak olub. Qəza anında sərnişinlərin çoxu yatmış vəziyyətdə olub. Bir neçə nəfər şüşələri sındıraraq çölə çıxmağı bacarıb. Digərləri isə salonun içində qapanıb qalıb. Şahidlərin sözlərinə görə, alov o qədər sürətlə yayılıb ki, turistlərin xilas olmaq üçün heç bir şansı olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar