Bakıda 75 yaşlı qadını öldürüb  qarət edənin məhkəməsi BAŞLADI
24 oktyabr 2025 16:34 (UTC +04:00)

Bakıda 75 yaşlı qadını öldürüb qarət edənin məhkəməsi BAŞLADI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində 75 yaşlı qadına qarşı quldurluq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmə hazirlıq iclası keçirilib.

Lent.az -ın məlumatina görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən proses təqsirləndirilənlərin anket məlumatlarının dəqiqləsdirilməsi ilə başlayıb.

Daha sonra iclasda təqsirləndirilən Süleyman Cəbiyev barəsində seçilmis həbs-qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə araşdırmasına verilməsi ilə bagli qərar qəbul edilib.

Məhkəmənin baxış iclası noyabrın 7-nə təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ilin mayın 28-də Sabunçu rayonunun Maştaga qəsəbəsindəki Albalılıq yaşayış massivində baş verib.

Süleyman Cəbiyev 75 yaşlı Jalə Əskərxanovanın yaşadığı evin həyətyanı sahəsinə keçərək yataq otağına daxil olub. Sonra o, ev sahibəsinin həyatı üçün təhlükəli üsul tətbiq etməklə bıçaqla onun boyun nahiyəsinə ağır zərbələr endirib. 75 yaşlı qadın aldığı xəsarətlərdən öləndən sonra Süleyman Cəbiyev onun mənzilindəki paltar dolabında qadın çantasındakı 450 manatı götürərək evi tərk edib.

Süleyman Cəbiyev barəsində cinayət məcəlləsinin bir neçə ağır maddəsi ilə cinayət işı açılaraq ittiham irəli sürülüb.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar