Neftçalada erkən nikahın  qarşısı alındı
24 oktyabr 2025 20:34 (UTC +04:00)

Neftçalada erkən nikahın qarşısı alındı

0

Oktyabrın 24-də Neftçala rayonu ərazisində yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə toy mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar