Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Hadisə zamanı “BMW” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub.
Zərbənin təsirindən idarəetməni itirən “KamAZ” yol kənarındakı restoranın ərazisinə girərək aşıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.